AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynaya ilk növbədə ağır texnika lazımdır - Qərbdən silah istəyi - SON DƏQİQƏ

  • + A
  • - A
  • 31-03-2023, 12:33

    Ukraynaya ilk növbədə ağır texnika lazımdır -



    Azadmedia.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Oliksiy Reznikov Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Məsələləri Komitəsinin nümayəndə heyəti ilə görüşdə deyib.

    O bildirib ki, Ukraynaya ağır texnika lazımdır: “Qərb silahlarının tədarükü sayəsində Ukrayna Silahlı Qüvvələri döyüş meydanında uğurla çıxış edir. Bununla belə, biz əks-hücum əməliyyatına hazırlaşırıq. Ona görə də Ukraynaya ilk növbədə ağır texnika lazımdır”.

    Nazir, həmçinin Ukraynanın NATO və Avropa İttifaqına üzv olacağına inamını ifadə edib: “Bu, beynəlxalq təhlükəsizlik üçün lazımdır. Bu gün NATO üçün əsas təhlükə Rusiyadır”.

    Görüş zamanı Aİ nümayəndə heyəti Ukraynaya dəstəyini ifadə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR