AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“BAYRAKTAR KIZILELMA” ORTA HÜNDÜRLÜK SİSTEMİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ SINAĞINI UĞURLA TAMAMLADI - Eksklüziv

  • + A
  • - A
  • 31-03-2023, 14:33


    “BAYRAKTAR KIZILELMA” ORTA HÜNDÜRLÜK SİSTEMİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ SINAĞINI UĞURLA TAMAMLADI -



    Bakı, 31 mart — Azadmedia.az.


    Türkiyənin Baykar şirkəti tərəfindən tamamilə yerli və milli imkanlarla inkişaf etdirilən Bayraktar KIZILELMA pilotsuz döyüş təyyarəsi səmada sınaqlarını uğurla davam etdirir.

    KIZILELMA-nın test proqramı çərçivəsində həyata keçirilən Orta Hündürlük Sisteminin Müəyyənləşdirilməsi Testi də uğurla tamamlanıb.

    Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan Bayraktar KIZILELMA, Tekirdağın Çorlu şəhərindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində üçüncü uçuşunu həyata keçirib.

    Məlumat üçün qeyd edək ki, Baykar İdarə Heyətinin sədri və Texnologiya Lideri Səlcuq Bayraktarın rəhbərliyi altında həyata keçirilən üçüncü uçuşda Bayraktar KIZILELMA 20 min fut yüksəkliyə qalxaraq Orta Hündürlük Sisteminin Tanıma Testini müvəffəqiyyətlə tamamlayıb.
    O, uçuş testini müşayiət edən Bayraktar AKINCI kamerası ilə səmada Bayraktar KIZILELMA-nı izləyib.







    Ülker Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR