Rusiya və Tacikistanın hərbi kontingenti Əfqanıstanla sərhədin 20 kilometrliyində yerləşən Tacikistanın “Hərb-Maydan” poliqonunda birgə təlimlərə başlayıb.
Belə ki, bu barədə Mərkəz Hərbi Dairənin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, ”Təlimlər aprelin 7-dək davam edəcək. Təlimdə Rusiya və Tacikistanın hərbi kontingentləri dağlıq ərazilərdə qeyri-qanuni şərti silahlı birləşmələrin məhv edilməsi üzrə birgə əməliyyatın hazırlanması və keçirilməsini məşq edəcəklər. Eyni zamanda, qanunsuz silahlı birləşmələrin qarşısının alınması və məhv edilməsi zamanı birləşmiş qüvvələrin bölmələrinin idarə edilməsi göstəriləcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.