AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Forbes Rusiyanın ən zəngin iş adamının adını açıqlayıb

  • + A
  • - A
  • 4-04-2023, 20:40

    Forbes Rusiyanın ən zəngin iş adamının adını açıqlayıb


    Forbes jurnalı ilk dəfə Eurochem və SUEK- in yaradıcısı Andrey Melniçenkonu Rusiyanın ən varlı adamı adlandırıb .

    Nəşrin məlumatına görə, iş adamının sərvəti 25,2 milyard dollar qiymətləndirilir.

    Ən zəngin ruslar siyahısında ikinci yerdə 23,7 milyard dollar sərvətlə Norilsk Nikel şirkətinin rəhbəri Vladimir Potanin , üçüncü yerdə 22,1 milyard dollarla NLMK direktorlar şurasının sədri Vladimir Lisin qərarlaşıb.

    Rusiyanın ən varlı adamlarının ilk beşliyini "Novatek"in rəhbəri Leonid Mixelson (21,6 milyard dollar) və "Severstal"ın direktorlar şurasının sədri Aleksey Mordaşov (20,9 milyard dollar) tamamlayır.

    Forbes-in məlumatına görə, Rusiya milyarderlərinin ümumi sərvəti il ​​ərzində 353 milyard dollardan 505 milyard dollara yüksəlib, onların sayı 2021-ci ildəki 123-dən 2023-cü ildə 110 nəfərə qədər azalıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR