AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Baydenin siyasətinə görə qlobal nüfuzunu itirir

  • + A
  • - A
  • 5-04-2023, 02:03

    ABŞ Baydenin siyasətinə görə qlobal nüfuzunu itirir

    Fox News-un aparıcısı Stiv Hilton ABŞ prezidenti Co Baydenin siyasəti nəticəsində Birləşmiş Ştatların dünya lideri olmaqdan çıxdığını bildirib.

    “Amerika ilə nə baş verir? Biz dünya lideri idik. Hamı bizim müttəfiqimiz olmağı xəyal edirdi. Və bu gün Si Cinpin dünya səhnəsində özünü göstərir, Bayden isə yarıyuxulu kimi heyrətlənir”, - deyə jurnalist bildirib.

    Hiltonun sözlərinə görə, Çin indi öz siyasətini hətta Cənubi Amerikada da uğurla təbliğ edir. O xatırladıb ki, bir müddət əvvəl Çin Braziliya ilə dollardan imtina etmək və ticarət hesablaşmalarında Çin valyutasından istifadə etmək barədə saziş imzalayıb.

    Onun sözlərinə görə, bu, ABŞ-ın nüfuzunun həddən artıq aşağı düşdüyünü deməyə əsas verir.

    2022-ci ilin avqustunda Stiv Hilton ABŞ prezidenti Co Baydenin Amerika iqtisadiyyatını tənəzzülə sürüklədiyini söylədi.

    Teleaparıcının qeyd etdiyi kimi, son araşdırmalar ABŞ iqtisadiyyatının daha da aşağı düşdüyünü göstərir ki, bu da əslində tənəzzül deməkdir. Hiltonun nöqteyi-nəzərindən Bayden administrasiyası heyrətamiz sürətlə “ölkə iqtisadiyyatını yerə endirməyi” bacarır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR