Bəzi NATO ölkələrindən F-16 qırıcılarının Ukraynaya təhvil verilməsinin müzakirə olunacağına dair təminat aldıq.
Belə ki, bunu Ukraynanın XİN rəhbəri Dmitri Kuleba deyib.
“F-16 qırıcılarının alınmasını Brüsseldə bəzi ikitərəfli görüşlərdə müzakirə etdim. Müzakirə iki blokdan ibarət oldu. Birincisi, Ukraynanı Qərb təyyarələri ilə təmin etməyin çox uzun və çətin olduğunu söyləyənlərin bəzi arqumentlərini dağıtdıq. İkincisi, ölkəmizə bu təyyarələrin verilməsinə dair müzakirələrin aparılması barədə təminat aldıq”, - Kuleba bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.