AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NATO Putinin nüvə təhdidlərinə etinasız yanaşmamalıdır - Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri

  • + A
  • - A
  • 6-04-2023, 11:32

    NATO Putinin nüvə təhdidlərinə etinasız yanaşmamalıdır -


    NATO Putinin nüvə təhdidlərinə və Belarus ərazisində nüvə silahının yerləşdirilməsinə etinasız yanaşmamalıdır.

    Belə ki, bunu Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Aleksey Danilov deyib.

    Qeyd edib ki, “Mən tam əminəm ki, Putin indi Belarusda nüvə silahı yerləşdirməklə dünyanı şantaj edir. Unutmaq olmaz ki, 2014-cü ildə Rusiya 298 nəfərin olduğu MH-17 sərnişin təyyarəsini vurub. Təyyarədə alyansa üzv ölkələrin vətəndaşları var idi, lakin NATO buna göz yumdu. Vəziyyət təkrarlana bilər. NATO ölkələrinin ərazisinə zərbə endirmək üçün Belarus ərazisində nüvə silahının olması çox da vacib deyil. Çünki bu gün Rusiyanın ərazisindən istənilən NATO ölkəsinə nüvə başlığı olan raketlə hücum etmək mümkündür. Bu, Putinin müəyyən hadisələrdən əvvəl istifadə etdiyi nüvə əzələlərinin oyunudur".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR