AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə müdafiə və aviasiya sektoru 2023-cü ilin mart ayında 506 milyon dollardan çox ixrac həyata keçirib - TİM

  • + A
  • - A
  • 6-04-2023, 15:13

    Türkiyə müdafiə və aviasiya sektoru 2023-cü ilin mart ayında 506 milyon dollardan çox ixrac həyata keçirib -


    Türkiyə dövləti İxracatçılar Məclisinin məlumatına görə, 2023-cü ilin fevral ayında 303 milyon 453 min dollarlıq ixrac həyata keçirən Türkiyə müdafiə və aviasiya sektoru 2023-cü ilin mart ayında 506 milyon 284 min dollarlıq ixrac həyata keçirib.

    Belə ki, 2023-cü ilin ilk üç ayında cəmi 1 milyard 90 milyon 513 min dollarlıq ixrac reallaşdıran sektor 2022-ci ildə 4 milyard dollar limitini keçərək yeni bir çığır açıb.

    2022-ci ilin eyni ayında 326 milyon 942 milyon dollarlıq ixracat reallaşdıran sektor əvvəlki ilə nisbətən 50%-dən çox artımla ixracatını davam etdirib.

    Türkiyə İxracatçılar Məclisinin məlumatlarına görə, 2022-ci ilin oktyabr ayında 464 milyon 526 min dollarlıq məhsul ixrac edən Türkiyənin müdafiə və aviasiya sektoru 2022-ci ilin noyabr ayında 503 milyon 295 min dollarlıq ixrac həyata keçirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR