"Çin prezidenti Si Cinpin Zelenski ilə danışmaq istədiyini deyib".
Bunu Çində 3 günlük səfərdə olan Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.
Avropa Komissiyasının sədri bildirib ki, Si Cinpin şərtlər və vaxt imkan verəndə Zelenski ilə danışmaq istəyini ifadə edib. Məlumata görə, Çin lideri fransız həmkarı Emmanuel Makronla görüşdən sonra bu qərara gəlib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Si Cinpinlə görüşmək istədiyini bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.