Avropa Birliyi müqəddəs yerlərdə zorakılıq aktlarını pisləyir və xatırladır ki, bu yerlərin statusu qorunmalıdır.
Belə ki, bunu AB diplomatiyasının rəhbəri Jozep Borrell son günlərdə İsrail və Livan arasında baş verən toqquşmalara münasibət bildirərkən deyib.
Borrel qeyd edib ki, “Biz həmçinin Qəzza və Livan ərazisindən İsrailə qarşı edilən raket hücumlarını da pisləyirik. Eyni zamanda, iki israillinin ölümü və bir nəfərin ağır yaralanması ilə nəticələnən terror aktlarını açıq şəkildə qınayırıq. Tərəflərə zorakılıqlara son qoyulması üçün çağırış edirik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.