İsrail Ukraynada “Tzeva Adom” hava təhlükəsi xəbərdarlığı sistemini dörd ay ərzində yerləşdirəcək və ilk mərhələdə Kiyevi əhatə edəcək.
Belə ki, bu barədə İsrail ordusunun ehtiyatda olan mayoru Viktor Vertsner məlumat yayıb.
Bildirib ki, “Bu sistem radarlar ilə koordinasiyada işləyir. O, raketlərin trayektoriyasını hesablayır və raketin uçuş istiqamətində bir neçə bölgəyə deyil, bu raketlərin getdiyi yerə xəbərdarlıq siqnalı verir”.
Qeyd edilir ki, yeni sistem bu gün S-300, S-400 və "Xəncər" hipersəs raketlərini aşkarlaya biləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.