Aprelin 9-da İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyada hərbi komplekslərə, radar sistemlərinə və artilleriya postlarına zərbələr endirib.
Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, bir müddət əvvəl İsrail ordusuna məxsus qırıcı təyyarələr Suriya ərazisindəki hədəfləri, o cümlədən Suriya silahlı qüvvələrinin dördüncü diviziyasının hərbi kompleksini, radar sistemlərini və artilleriya postlarına zərbələr endirib.
Vurğulanıb ki, Suriya öz ərazisində baş verən bütün hərəkətlərə görə məsuliyyət daşıyır və İsrail ordusu ölkənin suverenliyinin pozulması üçün edilə biləcək heç bir cəhdə imkan verməyəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.