Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mayın 14-də keçiriləcək parlament seçkilərindəki namizədlərinin 70%-i dəyişib.
Belə ki, bu gün AKP Mərkəzi Seçki Komissiyasına yenilənmiş siyahını təqdim edib.
Belə ki, üç dəfədən artıq seçilmə məhdudiyyəti tətbiq olunub. Hazırkı siyahıda mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, eləcə də səhiyyə naziri Fəxrəddin Qoca yoxdur. Ən gənc namizəd 18 yaşlı Nisa Alptəkin, ən yaşlı namizəd isə 73 yaşlı Şamil Ayrımdır.
Qeyd edək ki, mayın 14-də keçiriləcək seçkilərdə iştirak edən Türkiyənin əsas partiyaları bu gün namizəd siyahılarını Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.
Türkiyədə gələn ay prezident seçkiləri parlament seçkiləri ilə birlikdə keçiriləcək. Birinci turda qalib gəlmək üçün dövlət başçısı postuna namizəd 50%-dən çox səs toplamalıdır. İlk turda namizəd müəyyənləşməyəcəyi halda ikinci tur 28 mayda keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.