Amerikalı sahibkar, “Tesla”, “SpeysX” və “Tvitter" şirkətlərinin rəhbəri İlon Mask bir həftə ərzində 14,5 milyard dollar itirib.
Belə ki, bu barədə “Forbes” yazıb.
Hazırda Maskın sərvətini 187,9 milyard dollar qiymətləndirir.
Qeyd edilir ki, onun kapitalı investorların “Tesla”nın gəlirlərinin gözləniləndən az olacağından ehtiyatlanması səbəbindən azalıb. Belə ki, “Tesla” səhmləri həftə ərzində 10,8% ucuzlaşıb. Buna səbəb kimi onun elektromobillərinin çoxunun anbarlarda qalması göstərilir
.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.