ABŞ Dövlət katibi Antoni Blinken və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah Bin Zayed ən-Nəhyan arasında telefon danışığı olub.
Belə ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin açıqlamasında bildirilir.
Həmçinin "Dövlət katibi və Şeyx Abdullah ikitərəfli və beynəlxalq mövzuları müzakirə ediblər. Dövlət katibi Blinken dini bayramlarda regionda sülhə çağırışı edib, israillilərlə fələstinlilər arasında gərginliyin azaldılmasının vacibliyini vurğulayıb", - deyə açıqlamada deyilir.
Qeyd edək ki, ABŞ regional təhlükəsizlik, sabitlik və rifahı necə inkişaf etdirməklə bağlı tərəfdaşları ilə yaxından məsləhətləşməyə davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.