Roma Papası Fransis bu il aprelin 9-da katoliklər və protestantlar tərəfindən qeyd olunan Pasxa bayramı münasibəti ilə “Urbi et Orbi” ənənəvi mesajında rusiyalılara müraciət edərək, onları Rusiya qüvvələrinin Ukraynaya hərbi müdaxiləsi ilə bağlı həqiqətləri öyrənməyə çalışmağa çağırıb.
Belə ki, Fransiz bazar günü sülh üçün dua edərək, “qaranlıq və zülmətin yer üzünü çox vaxt bürüdüyünü” qeyd edib. O, “Ukrayna xalqına sülhə gedən yolda kömək edin və Rusiya xalqına Pasxa bayramını işıqlandırın”, deyə dua edib. Eyni zamanda o, dindarları “sülh və qardaşlıq yoluna çıxmağa” çağırıb.
Qeyd edək ki, Roma Katolik Kilsəsinin rəhbəri digər məsələlərlə yanaşı, Yaxın Şərqdə yeni zorakılıqların baş verməsi ilə əlaqədar israillilərlə fələstinliləri dialoqa çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.