Rusiya ordusu Finlandiya NATO-ya daxil olduqdan sonra şimal-qərb sərhədlərinin müdafiəsi üzərində işləməyə başlayıb.
Belə ki, bu barədə Rusiyanın Hava-Kosmik Qüvvələri rəhbərinin müavini, general-leytenant Andrey Demin məlumat verib.
Qeyd edilib ki, “Finlandiya NATO blokuna daxil olub. İsveç də alyansa daxil olmağa hazırlaşır. Bu şərtlər daxilində hava hücumundan müdafiə qüvvələri ölkənin şimal-qərbində təhdidlərin artmasına uyğun olaraq dövlət sərhədinin mühafizəsi məsələlərini işləyir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.