Koreya Xalq Demokratik Respublikasının nümayəndələri artıq dördüncü gündür ki, koreyalararası rabitə xətlərində səhər zənglərinə cavab vermirlər.
Belə ki, bu barədə KXDR xəbər agentliyi məlumat yayıb.
Həmçinin Pxenyan nümayəndələri hərbi xətt və koreyalararası əlaqə idarəsi vasitəsilə səhər zənglərinə cavab verməyiblər. Tərəflər gündə iki dəfə zəngləşirlər. Hərbi xətdən fərqli olaraq, həftə sonları koreyalararası idarə vasitəsilə əlaqə dəstəklənmir.
Qeyd edək ki, Şimali Koreya naməlum səbəbdən cümə günü Seuldan gələn zənglərə cavab verməyi dayandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.