Ermənistan və İran Türkiyə-Azərbaycan planlarından qaynaqlanan ümumi çağırışlar və “təhdidlərə” qarşı birləşə bilər.
Belə ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının lideri Artur Vanetsyan deyib.
Qeyd edilib ki, “Zəngəzur planları, yəni dəhliz açmaq təkcə Ermənistan üçün deyil, həm də İran üçün birbaşa “təhlükədir”. Regional sərhədlərin dəyişdirilməsinə imkan verməyəcəyini dəfələrlə bəyan edən Tehranın hərəkətləri və ritorikasının səbəbi budur. Bəyanatlar bir yana qalsın, İran ordusu vaxtaşırı təlimlər keçirərək, boş oturmayacağını açıq şəkildə ortaya qoyur.
Tehran bu davranışı ilə Azərbaycan və Türkiyə “təhlükəsi” fonunda Ermənistanın ərazi bütövlüyünü qorumağa çalışır. Dost və qardaş İranın bu səylərini yüksək qiymətləndiririk. Bakı və Ankaranın Cənubi Qafqazdakı siyasəti təkcə Ermənistana qarşı deyil, həm də İrana qarşı yönəlib. Bu münaqişə ilk baxışda təsəvvür ediləndən daha qlobal xarakter daşıyır”, - o iddia edib.
Vanetsyan qeyd edib ki, bu istiqamətdə əməli addımlar atılmalıdır:
“Əgər Ermənistan və İran təhlükəsizlik sahəsində əməkdaşlığa daha çox diqqət yetirsəydilər, ikitərəfli münasibətlərdə tam etimad mühiti yaratsaydılar, o zaman regionda indiki çətin vəziyyət olmazdı”.axaraz
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.