Dünyada ilk dəfə Türkiyədə hərbi gəmiyə PUA yerləşdiriləcək, Azadamedia.az xəbər verir ki, bu sözləri Türkiyənin Baykar şirkətinin texniki direktoru Selçuk Bayraktar TCG Anadolu hərbi gəmisi barədə deyib.
“TCG Anadolu gəmisinin Pilotsuz Uçuş Aparatları və radar sistemləri milli səviyyədə hazırlanıb, ölkəmizin mühəndislik sahəsi məndə qürur hissi oyadır”, - deyə o əlavə edib.
S. Bayraktar, həmçinin qeyd edib ki, 2023-cü ildə TB-3 ilk uçuşunu həyata keçirəcək və 2024-cü ildə TCG Anadolu gəmisinə yerləşdirilməsi planlanır.
Məlumat üçün qeyd edək ki, TCG Anadolu amfibiya tipli hücum gəmisi Türkiyənin ən böyük hücum gəmisidir. Gəminin tikintisinə 2014-cü ildə başlanılıb.1iyul 2020-ci ildə gəminin liman testlərinin ardınca 20 iyun 2022-ci ildə dəniz sınaqları tamamlanıb. Ən müasir radar və sensorlarla təchiz edilmiş gəmi tanklar və zirehli maşınlar da daxil olmaqla 100-ə yaxın avtomobili göyərtəsində, həmçinin desant maşınları və qayıqları daşımağa qadirdir. 27 min 436 ton yük daşıya biləcək gəmiyə Türkiyənin Hürjet, Milli Döyüş Təyyarəsi, Kızılelma kimi hava gəmilərinin də yerləşdirilməsi planlaşdırılır.
Ülker Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.