Rusiya qoşunları Ukraynanın yaşayış məntəqələrinə getdikcə daha tez-tez aviabombalarla hücumlar etməyə başlayıb.
Belə ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.
Qeyd ki, rusların aviabombalarla daha çox hücum etməsinin səbəbi yüksək dəqiqliyə malik və müasir raketlərin olmamasıdır:
"İndi rusların kifayət qədər İsgəndər-M və “Kalibr” raketləri yoxdur. Lakin Rusiyanın hələ də kifayət qədər S-300 raketi var".
Həmçinin Romanenkonun sözlərinə görə, düşmən anlayır ki, ona daim düşmənə təzyiq etmək, Ukrayna hədəflərini vurmaq lazımdır:
"Əvvəllər işğalçılar enerji infrastrukturu obyektlərinə hücumlara diqqət yetirirdilər, lakin onların planı iflasa uğradı".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.