AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran rejiminin həyata keçirəcəyi hər hansı məkrli plana Güney Azərbaycan türkləri səssiz qalmayacaq - AMDT-nın sözçüsü

  • + A
  • - A
  • 11-04-2023, 09:38

    İran rejiminin həyata keçirəcəyi hər hansı məkrli plana Güney Azərbaycan türkləri səssiz qalmayacaq -



    Xəbərlərə görə, “Hüseyniyyun” terror qruplaşması Azərbaycanın Təbrizdəki konsulluğunun qarşısında keçirəcəyi aksiyada diplomatlardan Təbrizi tərk etmələrini tələb edəcəklər.

    Bu sözləri Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.

    O bildirib ki, aksiya İran rejimi tərəfindən təşkil olunub:

    “Bilirik ki, “Hüseyniyyun” terror qruplaşması birbaşa İran dövləti tərəfindən himayə olunur. İki gün öncə, rəsmi dövlət orqanı olan “İran” qəzetində onların müsahibəsi yer almışdı. Bu da terror qruplaşmasının yüksək səviyyədə Tehran hökuməti tərəfindən dəstəkləndiyini sübut edir. Odur ki, bu aksiyanı “Hüseyniyyun” qruplaşması deyil, İran dövləti təşkil edir. Məqsədləri Azərbaycanın “persona-non-qrata” elan etikləri diplomatların heyfini almaq və ümumiyyətlə, konsulluq binasının tamamilə bağlanmasına nail olmaqdır”.

    Məcid Cavadi diplomatlarımıza qarşı terror aktının təşkil edilməsini də istisna etməyib və tədbirli olmaq lazım gəldiyini qeyd edib.

    O, İran rejiminin həyata keçirəcəyi hər hansı məkrli plana Güney Azərbaycan türklərinin səssiz qalmayacağını vurğulayıb:

    “Təbii ki, Güney Azərbaycan türkləri bu mövzuda həssasdırlar. Məsələni diqqətlə izləyirlər. Lazım olsa, sərt təpkilər də verəcəklər. Yaxın zamanlarda İranın Azərbaycana təhdid siyasətinə etiraz olaraq xaricdə yaşayan Güney azərbaycanlılar etiraz aksiyası planlaşdırır”.Axaraz


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR