ABŞ Konqresinin 130 demokrat və respublikaçı üzvü Avropa Birliyinin xarici siyasət rəhbəri Jozep Borrellə məktub yazıb.
Belə ki, məktubda Avropa Birliyindən SEPAH-ı terrorçu qruplar siyahısına salmaq tələb edilib.
Həmçinin məktubu imzalayanlar son beş ildə İranın Avropada vətəndaşları qaçırmaq, öldürmək və ya onlardan casusluq etmək üçün azı 33 əməliyyat təşkil etdiyini göstərən araşdırmanın nəticələrinə istinad edib.
Bildirilib ki, “İran hələ də terroru dəstəkləyən ölkədir. Onilliklər ərzində SEPAH sərbəst və açıq şəkildə Avropa Birliyi ölkələrinin vətəndaşlarını hədəfə almaq üçün planlar qurub”.
Bununla yanaşı, Konqresmenlər SEPAH-ın İranda etiraz aksiyaları zamanı yüzlərlə insanın öldürülməsində və etirazçılara qarşı repressiyalarda əli olduğunu da bildiriblər.
Konqres üzvləri həmçinin qeyd ediblər ki, Rusiyanın Ukraynaya qarşı müharibəsində mülki ukraynalıların ölümünə səbəb olan pilotsuz təyyarələrin Rusiyaya verilməsində SEPAH əsas rol oynayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.