Rus sülhməramlıların məsuliyyət zonasında məskunlaşan erməni separatçıları Bakıya “təklif” göndərib.
Belə ki, erməni mediasında yayılan məlumatda təklifin rus sülhməramlılar vasitəsilə çatdırıldığı bildirilib.
Həmçinin separatçılar “humanitar məsələlərin müzakirəsi üçün” sülhməramlıların vasitəçiliyi ilə onların dislokasiya olunduğu Azərbaycan ərazisində görüşün keçirilməsini istəyiblər.
Bildirək ki, Azərbaycan erməni icmasını inteqrasiya məsələlərini müzakirə etmək üçün Bakıya dəvət etmişdi. Lakin erməni separatçılar bundan imtina etməklə yanaşı, təklifə tərəfdar olan Qarabağdakı erməni icması üzvlərini təhdid etməyə də başladılar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.