“Ukrayna Qara dənizdə yeni hücuma hazırlaşır”.
Xarici KİV xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov keçirdiyi brifinqdə deyib.
Belə ki, o Rusiyaya “Moskva” kreyserinin batmasına bənzər hadisənin təkrarlana biləcəyi ilə bağlı xəbərdarlıq edib: “Biz qarşı tərəfə yeni “sürpriz” təklif edirik. Bunun üçün sadəcə münasib anı gözləyirik”.
Həmçinin ötən il aprel ayında Ukrayna Silahlı Qüvvələri Rusiya dəniz donanmasının “Moskva” kreyserini məhv edib. “Moskva” İkinci Dünya Müharibəsindən sonra döyüşlərdə batan ən böyük hərbi gəmidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.