"ABŞ Çinin daxili işlərinə qarışmağı dayandırmalıdır!".
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.
Belə ki, onun sözlərinə görə, rəsmi Vaşinqton ikitərəfli münasibətlərin siyasi təməlini sarsıtmağa son qoymalıdır: “Rəsmi Pekin Çin-ABŞ münasibətlərindəki mövcud çətinliklərə görə məsuliyyət daşımır. Vaşinqton Çin-ABŞ münasibətlərinin sağlam və sabit inkişaf yoluna qayıtmasına kömək etməlidir”.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın “Politico” nəşri yazmışdı ki, Çin ABŞ-la yüksək səviyyəli diplomatik əlaqələri davam etdirmək, o cümlədən görüşlər keçirmək niyyətində deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.