Ermənistan parlamenti baş prokurorun deputat Mqer Saakyana qarşı cinayət işinin başlanması barədə vəsatətini təsdiqləyərək onu toxunulmazlıq statusundan məhrum edib.
Belə ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Həmçinin baş prokuror Anna Vardapetyanın vəsatətinin lehinə 65 deputat səs verib.
Qeyd ki, martın 31-də Ermənistan parlamentinin Dövlət və hüquq məsələləri üzrə Daimi Komissiyasında qapalı müzakirə zamanı “Ermənistan” blokundan olan deputat Mqer Saakyan komissiyanın sədri Vladimir Vardanyana hücum edərək onu vurub, bədən xəsarətləri yetirdikdən sonra qaçmışdı. Sonra onu saxlamışdılar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.