BMT Təhlükəsizlik Şurasının apreldə Nyu-Yorkda keçiriləcək iclasında iştirak etmək üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrova və bu ölkənin nümayəndə heyətinə ABŞ-a getmək üçün viza verilməyib.
TASS xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov aprelin 12-də jurnalistlərə açıqlamasında bildirib.
“Hələ ki heç birimizə viza verməyiblər”, - deyə o, jurnalistin sualına cavab olaraq qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.