Aİ missiyasının nümayəndələri aprelin əvvəlində Tex kəndində (Dığ) olublar.
Bu barədə Ermənistan parlamentinin deputatı Armen Xaçatryan bildirib.
"Mən bildiyimə görə, hələ aprelin əvvəlində ora gediblər və monitorinq aparıblar. Amma müşahidənin nəticələri barədə heç nə deyə bilmərəm", - Xaçatryan deyib.
Qeyd edək ki, erməni KİV-də yayılan məlumata görə, Ermənistan XİN-in səylərinə baxmayaraq, Avropa İttifaqının (Aİ) müşahidə missiyası Dığ kəndi istiqamətindəki erməni mövqelərinə getməyib. Aİ missiyası hətta erməni hərbçilərin müşayiəti ilə belə kəndi ziyarət etməkdən imtina edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.