İran Suriyada zəlzələdən zərərçəkənlərə “humanitar yardım” adı altında silah və hərbi texnika çatdırmaq üçün yük təyyarələrindən istifadə edib.
“Reuters” agentliyi bu məlumatı Suriya, İran, İsrail və Qərb mənbələrinə istinadən yayıb.
Belə ki, 2023-cü il fevralın 6-7-də Türkiyənin cənubunda və Suriyanın şimalında onminlərlə insanın ölümünə səbəb olan güclü zəlzələdən sonra yeddi həftə ərzində İrandan Hələb, Dəməşq və Latakiya (Suriya şəhərləridir) hava limanlarına yüzlərlə uçuş həyata keçirilib.
Bildirilib ki, humanitar yüklərlə yanaşı İran bu uçuşlar vasitəsi ilə Suriyaya rabitə avadanlıqları, radarlar, hava hücumundan müdafiə sistemlərinin hissələrini də daşıyıb.
“Reuters” Qərb ölkələrinin kəşfiyyat xidmətlərindəki, İran və İsrail rəhbərliyinə yaxın mənbələrə, həmçinin ölkədən qaçan keçmiş suriyalı hərbçiyə və hazırkı suriyalı zabitə istinad edib.
Qeyd edək ki, İranın BMT-dəki nümayəndəliyi məlumatın həqiqətə uyğun olmadığını bildirsə də, Suriyadakı rejim şərh verməkdən imtina edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.