“Taxıl sazişi”nin növbəti dəfə uzadılması perspektivi azdır”, bildirilib.
TASS xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov mətbuat konfransında deyib.
Belə ki, onun sözlərinə görə, buna səbəb müqavilənin Rusiya ilə bağlı hissəsinin işləməməsidir.
Peskov həmçinin bildirib ki, NATO ölkələrinin vətəndaşlarının Ukrayna tərəfindən döyüşlərə cəlb olunmasına dair Rusiyada məlumat var.
Qeyd edək ki, ötən il iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.