“Amerikanın hazırkı rəhbərliyinin səriştəsizliyi tarixin ən təhlükəli vaxtına və nüvə silahından istifadə təhlükəsinə gətirib çıxarıb”.
Xarici KİV xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.
Belə ki, Tramp nüvə silahından istifadə təhlükəsinə işarə edərək deyib: “Biz tarixin ən təhlükəli dövründə yaşayırıq. İlk növbədə, bizim rəhbərliyimizdəki səriştəsiz insanlara görə”.
Qeyd edək ki, o, “Şimal axını”nda baş verən partlayışlara da münasibət bildirib, cinayətkarların adlarını çəkməkdən imtina edib. Eyni zamanda o, bütün bunların Üçüncü Dünya müharibəsinə gətirib çıxara biləcəyini qeyd edib və ABŞ-ın iştirakına eyham vurub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.