Ümid edirik ki, “Togg” gələcəkdə bütün dünyada istifadə ediləcək avtomobil olacaq.
Belə ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
O xalqı da Türkiyə istehsallı avtomobildən istifadə etməyə çağırıb:
“Biz “Togg” avtomobilinə güvənirik. Ona görə də bundan istifadə edirik. İlkin hədəfimiz 1 milyon “Togg”un istifadəyə verilməsidir”.
F.Oktay söyləyib ki, yeni istehsal olunan avtomobilə ilk vaxtlardan bu qədər sərmayə qoyulması sevindiricidir:
“İnşallah, gələcəkdə daha gözəl xəbərlər verəcəyik”.
Qeyd edək ki, "Togg" Türkiyənin ilk yerli elektromobilidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.