AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaponiya Ukraynaya 3,5 milyard ABŞ dolları həcmində vəsait ayıracaq - Ukrayna Maliyyə Nazirliyi

  • + A
  • - A
  • 14-04-2023, 00:04


    Yaponiya Ukraynaya 3,5 milyard ABŞ dolları həcmində vəsait ayıracaq -


    Yaponiya 2023-cü il ərzində Ukraynaya 3,5 milyard ABŞ dolları həcmində birbaşa büdcə dəstəyi göstərməyi planlaşdırır. Bu vəsaitlər prioritet olan sosial və humanitar xərcləri maliyyələşdirəcək.

    Xarici KİV xəbər verir ki, Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu barədə Yaponiyanın maliyyə naziri Suniçi Suzuki ilə Ukraynanın maliyyə naziri Sergey Marçenkonun Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yaz iclası çərçivəsində Vaşinqtonda keçirdiyi görüşdə danışıqlar olmuşdu.

    Qeyd edək ki, “Ukrayna Yaponiyanın müharibədə qələbə qazanmağımızı sürətləndirmək üçün verdiyi töhfəni, o cümlədən sistemli olaraq maliyyə, humanitar yardım və Rusiyaya sanksiya vasitəsilə təzyiq göstərməsini yüksək qiymətləndirir. 2023-cü ildə G7-yə sədrlik edən Yaponiya gündəlikdəki məsələnin dəstəklənməsində prinsipial liderlik nümayiş etdirir, həmçinin Ukraynaya maliyyə yardımının koordinasiyasının yaxşılaşdırılmasına çalışır”, - nazirlik S.Marçenkodan sitat gətirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR