AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranın bir çox yerində hicabsız qadınların mübarizə dalğası - Sürgün

  • + A
  • - A
  • 14-04-2023, 08:51


    İranın bir çox yerində hicabsız qadınların mübarizə dalğası -


    İranın bir çox yerində hicabsız gəzən xanımların sayı artıb. Əsasən, Tehran, Urmu, Təbriz və Yəzd kimi şəhərlərdə xanımlar hicab taxmaqdan imtina edib. Məhsa Əmini ilə başlayan qadın hərəkatı davam edir və xanımlar molla rejiminin göstərişinə tabe olmaq istəmirlər.

    Bu sözləri Güney Azərbaycandan olan milli fəal Sürgün Günəş İranda hicabsızlığa görə qaydaların sərtləşdirilməsi haqda qəbul edilən qərarı şərh edərkən deyib.

    “Tehran rejimi islam örtüyü adı altında xanımların başladığı qadın hərəkatını boğmaq istəyirlər. Ramazan ayından sonra isə qaydalar daha da sərtləşdiriləcək. Orucluq olduğuna görə ciddi cəzalananlar yoxdur. Amma İran polis qüvvələrinin rəhbəri Əhmədrza Radan bir neçə gün öncə hicaba əməl etməyənlərə sərt qaydalar tətbiq olunacağını deyib. Baş örtüsünə qarşı çıxan qadınlar həbs oluna bilər”, - o bildirib.axaraz


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR