AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşadan keçən Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib - Aksiyanın 125-ci günü..

  • + A
  • - A
  • 15-04-2023, 10:58

    Şuşadan keçən  Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib -


    Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

    "Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

    Belə ki, 5 yük maşını Xankəndidən Laçın istiqamətində hərəkət edib.

    Bundan əvvəl isə 1 minik avtomobilinin eyni istiqamətə hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

    Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 125 gündür davam edir.

    Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR