Almaniya hökuməti Rusiyanın nüvə sektorunun Avropa İttifaqının (Aİ) 11-ci sanksiya paketinə daxil edilməsini dəstəkləyir.
Belə ki, TASS xəbər verir ki, bu barədə Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek DPA agentliyinə müsahibəsində bildirib.
“Nüvə texnologiyası çox həssas sahədir və burada Rusiyanı artıq etibarlı tərəfdaş hesab etmək olmaz”, - o vurğulayıb.
R.Habek hesab edir ki, Rusiya enerji resurslarından asılılıqdan təzyiq göstərmək üçün istifadə edir.
Qeyd edək ki, “Bununla əlaqədar olaraq, Almaniya hökuməti Avropa Komissiyasına Rusiyanın mülki nüvə sektorunun sanksiya siyahısına daxil edilməsi zərurəti barədə məlumat verib. Bu, növbəti sanksiyalar paketinin bir hissəsi olmalıdır”, - alman nazir söyləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.