AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bayrağımızı yandıran şəxs işdən qovulacaq - Paşinyan qərar verdi

  • + A
  • - A
  • 15-04-2023, 14:50

    Bayrağımızı yandıran şəxs işdən qovulacaq - Paşinyan qərar verdi

    Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan bayrağını yandırdığına görə ölkənin İctimai Televiziyasında çalışan Aram Nikolyanın işdən çıxarılması barədə göstəriş verib.

    Bu barədə aysor.am məlumat yayıb.

    Xatırladaq ki, A.Nikolyan ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində bayraqların paradı zamanı Azərbaycan bayrağı zala gətirildikdən sonra səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürüb və onu yandırıb, ardınca da zaldan qaçmağa çalışıb. Sonradan məlum olub ki, onun barəsində cinayət işi açılmayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR