İranın vitse-prezidenti Məsud Mirkazemi istefa verib.
Xarici KİV bildirir ki, bunu İran hökumətinin mətbuat katibi Əli Bahaduri Cahromi deyib.
Belə ki, M.Mirkazemi səhhətində yaranan problemlərə görə vəzifədən ayrılıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi Nazirlər Kabinetinin aprelin 17-də keçirilən iclasında bildirib ki, ictimaiyyət və mətbuat M.Mirkazeminin işdən çıxmasını problem kimi dəyərləndirməməlidir: “Hökumət onun təcrübəsindən istifadə edəcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.