Küveytin vəliəhd şahzadəsi Мəşəl əl-Əhməd əl-Caber əs-Sabah 2023-cü ilin martında Konstitusiya Məhkəməsinin qərarı ilə tərkibi bərpa edilən Milli Assambleyanın (Parlament) buraxılması barədə qərar qəbul etdiyini açıqlayıb.
Azadmedia.az Xarici KİV-ə istinadən xəbər verir ki, onun bəyanatına görə, yaxın aylarda parlament seçkiləri keçiriləcək.
Qeyd edək ki, “Konstitusiyanın müddəalarına və xalqın iradəsinə hörmət edərək, Konstitusiya Məhkəməsi tərəfindən bərpa edilən 2020-ci il parlamentin buraxılması və yaxın aylarda ümumi seçkilərin keçirilməsi barədə qərar qəbul etdik”, - bəyanatda bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.