Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilindən danışıb.
Belə ki, Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər verir ki, o, minik avtomobilindən razılığını ifadə edib.
Həmçinin Kubrakov dünən Türkiyədə səfərdə olarkən Milli Müdafiə Nazirliyinə verilmiş “Togg”a əyləşib.
Nəzərinizə çatdıraq ki, o, yerli istehsal olan avtomobillə bağlı müsbət təəssüratlarını milli müdafiə naziri Hulusi Akarla bölüşüb.
Qeyd edək ki, ukraynalı nazir dünən Türkiyənin Kayseri şəhərində səfərdə idi. O, Hulusi Akarla görüşüb. Tərəflər Ukraynadakı müharibəni, həmçinin “Taxıl sazişi”nin icrasını müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.