Bizim 2030-cu ilə qədər strateji planlamamızın əsasını ikinci Rusiya-Ukrayna müharibəsinə hazırlıq təşkil etməlidir.
Belə ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç deyib.
O qeyd edib ki, “Rusiya Silahlı Qüvvələrinin qurulması ilə bağlı elan edilmiş planlara əsasən demək olar ki, Moskva artıq müharibənin növbəti fazasına hazırlaşır. İkinci çeçen müharibəsi var idi, ikinci Ukrayna müharibəsi də istəyirlər. Biz çox güclü olmalıyıq, amma görünür ki, hamımız birlikdə hazırlaşmaq əvəzinə daha bir dağınıqlıq və oğurluq dövrü keçirəcəyik. Bəli, Qərbdən kömək var, lakin İsrail tarixinin diqqətlə öyrənilməsi məni çoxdan inandırdı ki, yalnız özünüzə arxalana bilərsiniz. Səfərbərlik tipli iqtisadi və hökumət qərarlarına hazırıqmı? Əmin deyiləm”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.