Rusiya Şimal dənizindəki külək turbinləri, qaz kəmərləri və elektrik, eyni zamanda internet xətlərinə qarşı təxribat hazırlığındadır.
Belə ki, bu iddia ilə Danimarkanın, Norveçin İsveçin və Finlandiyanın dövlət televiziyaları çıxış edib.
Həmçinin aparılan birgə araşdırmalar nəticəsində Rusiyanın Şimal dənizində balıqçı qayığı və tədqiqat gəmisi adı altında gizlənmiş bir eskadrilyasının olduğu təsbit edilib.
Qeyd edək ki, bu eskadrilyanın sualtı izləmə vasitələri daşıdığı və mümkün təxribatlar üçün önəmli yerlərin xəritəsini çıxardığı qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.