Ermənistan bütövlükdə KTMT missiyasını qəbul etməyə hazırdır.
Belə ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O, bu mövzunun hələ də müzakirə mərhələsində olduğunu vurğulayıb:
“Təkcə Rusiya deyil, Ermənistan da hazırdır. Biz narahatlığımızın dairəsini, yaxud istəyimizi müəyyən etmişik. Arzumuz missiyanın effektiv olmasıdır", - o bildirib.
Qeyd edək ki, Paşinyan bildirib ki, bu məsələ təkcə birbaşa iştirakçılar, yəni Ermənistan və KTMT üçün deyil, həm də bütün region üçün böyük rol oynayır:
“Müvafiq müzakirələr davam edir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.