AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Latviya Seymi Avropa Günlərindən başqa hər hansı ictimai tədbirin keçirilməsini qadağan edib - Yeni Qanun

  • + A
  • - A
  • 20-04-2023, 23:59

    Latviya Seymi Avropa Günlərindən başqa hər hansı ictimai tədbirin keçirilməsini qadağan edib -


    Latviya Seymi "9 Mayda bəzi ictimai tədbirlərin qadağan edilməsi haqqında" qanunu qəbul edib və Avropa Günlərindən başqa hər hansı ictimai tədbirin keçirilməsini qadağan edib. Bu barədə qanunverici orqanın saytında deyilib.

    Belə ki, yeni qanunun lehinə 79 deputat səs verib. "Stabillik" fraksiyasının bütün deputatları səsvermədə iştirak etməyib. Seymin təcili olaraq qəbul etdiyi qanun elan edildiyi gündən qüvvəyə minəcək.

    Qeyd edək ki, qəbul edilən qanun "Latviyanın demokratik və milli dövlət kimi dəyərlərinin təhdid edilməsi və alçaldılması, cəmiyyətin parçalanması, müharibənin, hərbi təcavüzün və zorakılığın tərənnüm edilməsi, habelə tarixin təhrif olunmasının qarşısını almaq məqsədi daşıyır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR