“Qarabağ”ın əvəzedici komandasının məşqində bədbəxt hadisə yaşanıb.
Hazırlıq prosesində müdafiəçi Şirxan Həsənzadənin ürəyi dayanıb.
20 yaşlı Ş.Həsənzadə təcili tibbi yardımın köməyi ilə dərhal özəl xəstəxanalardan birinə çatdırılıb.
Azərbaycan U-21 millisinin üzvünün həyatı üçün təhlükənin olduğu bildirilir. O, hələ də ayılmayıb.
***
Həkimlərin ilkin müdaxiləsindən sonra Şirxan Hüseynzadənin vəziyyəti nisbətən stabilləşib.
Bunu “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Ağdam klubunun ikinci komandasının məşqdə ürəyi dayanan futbolçusu Şirxan Hüseynzadənin sağlamlıq durumu barədə danışarkən deyib.
Klub sözçüsü bildirib ki, hazırda bütün lazımi müdaxilələr edilir:
“Təəssüf ki, məşqdə belə bir hadisə baş verib. Şirxan bizim ən sağlam futbolçularımızdan hesab olunurdu. İl ərzində iki dəfə klubumuz tərəfindən, eyni zamanda U-21 millisinə dəvət zamanı AFFA tərəfindən ümumi müayinədən keçirilib. Bu günə qədər heç bir problem aşkarlanmamışdı. Hazırda xəstəxanada həkim nəzarətindədir. Klubumuzun direktoru Emrah Çelikel, baş menecer Asif Əsgərov və komandamızın baş məşqçisi Qurban Qurbanov, eləcə də həkimlər korpusumuz onun yerləşdirildiyi xəstəxanadadırlar. Klub olaraq əlimizdən gələni edəcəyik. Hazırda həkimlər də bütün lazımi müdaxilələri edirlər. Şükürlər olsun ki, vəziyyəti stabilləşib”.
Oxu.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.