AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistandan daha bir təxribat: Məqsəd nədir? - VİDEO

  • + A
  • - A
  • 22-04-2023, 22:04

    Ermənistandan daha bir təxribat: Məqsəd nədir? - VİDEO


    Xəbər verdiyimiz kimi, bu gün Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib.

    Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.

    Sülh danışıqlarının gündəm olduğu bir vaxtda Ermənistanın törətdiyi bu təxribat onların xislətini bir daha göstərdi. Sülhə gedən yola hər vəchlə çomaq soxmağa çalışan Ermənistan tərəfi törətdiyi bu diversiya fəaliyyətilə münaqişənin həllində yox, süni şəkildə uzadılmasında maraqlı olduğunu nümayiş etdirdi.

    Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib.
    Baku TV-nin mövzu ilə əlaqədar süjetini təqdim edirik:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR