Bakı, 25 aprel — Azadmedia.az
NATO mayın 10-da Brüsseldə alyansa daxil olan ölkələrin müdafiə nazirlərinin toplantısını keçirəcək.
Belə ki, qərar NATO ölkələri və İsveçin müdafiə idarələrinin rəhbərləri arasında keçirilən videokonfrans zamanı qəbul edilib.
Azadmedia.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə alyansın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Qeyd edilib ki, nazirlərin videokonfransı “NATO-nun kollektiv müdafiəsi çərçivəsində hərbi planlaşdırma üzrə davam edən işlərin müzakirəsinə” həsr olunub. Bu işlər NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitinə hazırlıq çərçivəsində həyata keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.