"Gürcüstan NATO-nun yaxın tərəfdaşıdır".
Azadmedia.az xəbər ki, bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə açıqlaması zamanı deyib.
Belə ki, o, "Gürcüstan NATO-nun yaxın tərəfdaşlarından biridir. Biz Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Rusiyanı Gürcüstanın ərazi bütövlüyünə hörmət etməyə və tanımağa çağırırıq" - deyə vurğulayıb.
Həmçinin o deyib ki, bugün Baş nazir Qaribaşvili ilə görüşdə NATO və Gürcüstan arasında əməkdaşlığın daha da gücləndirilməsi imkanları müzakirə olunacaq.
Qeyd edilib ki, "Gürcüstan NATO-nun siyasi və praktiki dəstəyinə güvənə bilər. Biz Gürcüstanın Avro-Atlantik məkana inteqrasiya istəyini qiymətləndiririk. Gürcü xalqı çiçəklənən, demokratik və Avro-Atlantik məkana inteqrasiya olunmuş br ölkə istəyir. Biz bu istəklərin yerinə yetirilməsində sizə dəstək verəcəyik".
Stoltenberq əlavə edib ki, o, Gürcüstan Baş naziri ilə Ukraynadakı vəziyyəti də müzakirə edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.