Avropa Şurasının rəhbəri Şarl Mişel Brüsseldə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşdüyünü bildirib. Azadmedia.az xəbər verir ki, onun sözlərinə görə, danışıqlar zamanı respublikanın Avropaya inteqrasiya kursu və bu yolda atılması lazım olan addımlar müzakirə olunub. Bu barədə “Gazeta.ru” xəbər verir.
Avropa Şurası rəhbərinin qeyd etdiyi kimi, Avropa tərəfi Gürcüstanı “hər addımda” dəstəkləyir. O, həmçinin əlavə edib ki, Brüssel Avropa perspektivinə və “gürcü xalqı üçün təqdim etdiyi tarixi fürsətə” möhkəm sadiqdir.
Bundan əvvəl məlumat verilmişdi ki, gürcülərin demək olar ki, 90%-i ölkənin Avropa İttifaqına daxil olmaq kursuna müsbət yanaşır. Qeyd edildiyi kimi, ölkədə Avropaya inteqrasiyaya dəstək göstəricisi tarixi maksimuma çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.